CƏMİYYƏT


Fariz Cəfərov: Vətəndaşlar “myGov” şəxsi kabinetində yeni etibarnamə yarada bilərlər

Vətəndaşlar “myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Etibarnamə vermək üçün vətəndaş "myGov" şəxsi kabinetində "Elektron etibarnamə" bölməsinə daxil olur, yeni etibarnamə üçün müraciət funksiyası vasitəsilə prosesə başlayır. Növbəti pəncərədə vətəndaşın qeydiyyatda olan nəqliyyat vasitələri görünür. Nəqliyyat vasitəsi seçilir. Əgər nəqliyyat vasitəsinin icbari sığortası yoxdursa, bu məlumat vətəndaşa dərhal bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsin direktoru Fariz Cəfərov dekabrın 2-də keçirilən brifinqdə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır