CƏMİYYƏT


Mobil etibarnamə sistemi necə işləyir - İnfoqrafika

“Mobil notariat” vətəndaş nəqliyyat vasitəsilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günlərində 24 saat ərzində etibarnamə verə biləcəkMobil tətbiqi “Google Play” və ya “Apple Store”dan yükləmək olar. Orada  nəqliyyat vasitəsinə dair etibarnamənin verilməsi ilə bağlı menyudamülkiyyətdə olan və etibarnamə əsasında istifadə etdiyi bütün nəqliyyat vasitələri görünür. Etibar edilən nəqliyyat vasitəsi seçildikdən sonra etibar olunacaq şəxs müəyyənləşdirilir. Ödəniş etdikdən sonra məlumat emal olunur və etibarnamə telefona yüklənir. Məlumat avtomatik olaraq Dövlət Yol Polisinə də ötürülür.