CƏMİYYƏT


Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi əsaslı təmir ediləcək

Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki 2 saylı ibtidai məktəbin idman sahəsi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir ediləcək.

AZƏRTAC xəbər verir ki, layihənin təqdim edilməsi mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan və Çin arasında tarixən formalaşmış dostluq əlaqələrindən danışıb və bu gün ikitərəfli əlaqələrimizin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib.