CƏMİYYƏT


Bakıda şirkətin anbarından 85000 manatlıq avadanlıq oğurlandı

Paytaxtın Yasamal rayonunda yerləşən şirkətlərdən birinin anbarından oğurluq edilib. Hadisə zamanı şirkətə məxsus 85000 manat dəyərində hündürmərtəbəli binalarda quraşdırılan domofon və siqnalizasiya avadanlıqları naməlum şəraitdə oğurlanıb. Şirkət rəhbərliyi polisə müraciət edərək hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Yasamal RPİ və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, Bakı şəhər sakinləri Pənahov Elçin Fariz oğlu və Ələkbərov Sakit Yusub oğlunun olması müəyyən edilib. Hər iki şəxs saxlanılaraq şübhəli şəxs qismində tutulub.