CƏMİYYƏT


Bu gün Azərbaycana qış fəsli daxil olacaq

Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, ölkəmizə qış fəsli bu gün Bakı vaxtilə 08:19-da qədəm qoyacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olacaq. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq.