CƏMİYYƏT


Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətinə 2 yeni elektrik qatarı qoşulacaq

İsveçrənin "Stadler" şirkətindən alınan 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natəvan Bayramova deyib. O bildirib ki, yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək. Qatarlar tezliklə xəttə buraxılacaq. Qeyd edib ki, yeni qatarlarda 371 oturacaq var və bununla da "Stadler"dən alınan qatarların sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb yaranan sərnişin sıxlığıdır.