CƏMİYYƏT


11 ayda yollarda baş verən qəzalarda 107 piyada ölüb - İnfoqrafika

Cari ilin 11 ayı ərzində Bakıda 488 yol yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib. Bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfər isə xəsarət alıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının marifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq, piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı ümumi yol qəzalarının 64 faizini təşkil edir. Buna görə BŞDYPİ-nin rəhbərliyi bir daha yol hərəkəti iştirakçılarına - sürücü və piyadalara müraciət edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin göstəriş və tapşırıqları əsasında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təbliğat və maarifləndirmə işinin gücləndirlməsi üçün əlavə tədbirlər görülür. Piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlanılıb, yeraltı və yerüstü piyada keçidlərinə ciddi nəzarət ediləcək. Əksər hallarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri zamanı təkcə sürücülərin yox, piyadaların da müəyyən təqsiri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır