CƏMİYYƏT


Nikaha daxil olmaq istəyən 135 şəxsdə QİÇS aşkarlanıb

Bu ilin 11 ayı ərzində nikaha daxil olmaq üçün 126402 nəfər müayinədən keçib. Bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. Direktorun sözlərinə görə, onlardan 3393 nəfərdə talassemiya daşıyıcılığı, 297 nəfərdə sifilis, 135 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 43 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır