CƏMİYYƏT


Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək Bakıya qaçan şəxs saxlanılıb

Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək məsuliyyətdən yayınmaq üçün Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 9-da Tərtər rayonunda yaşayan Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır