CƏMİYYƏT


Polisə odlu silahla müqavimət göstərən şəxslərə qarşı cinayət işləri başlanıb

Daxili işlər orqanları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində baş verən bir neçə cinayət faktının üsdü “isti” izlərlə açılıb.
Belə ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib. Qeyd edək ki, saxlanılan zaman onlar polis əməkdaşlarına da müqavimət göstəriblər. Bölmədə araşdırma aparılan zaman onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və qohumu Mahmud Məmmədov olmaları müəyyən edilib.