CƏMİYYƏT


İcbari tibbi sığortanın tətbiqindən sonra Qubada xəstəxanaya müraciət edənlərin sayı artıb

Respublikamızın şimal bölgəsinin digər rayonları kimi, Qubada da yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək.
Yanvar ayının əvvəlindən indiyədək Quba Rayon Mərkəzi Xəstəxanasına 10 min nəfərdən çox pasiyent müraciət edib.