CƏMİYYƏT


Ödənişli yollarda qiymət necə hesablanacaq?

Ələt-Astara istiqamətdə yeni tikilən avtomobil yolunun ödənişli olması ilə bağlı konsepsiya hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, yolda turniketlər quraşdırılacaq və bu qurğular tender yolu ilə alınacaq. Tariflər müəyyən olduqdan sonra Tarif Şurasına təqdim olunacaq.