CƏMİYYƏT


Azərbaycanda quş qripi ilə əlaqədar müayinələr mobil laboratoriyada aparılıb

Ölkənin müxtəlif ərazilərdən toplanılan çöl quşlarının nümunələri Şabranda yerləşən Ağzıbir Ovçuluq Təsərrüfatında qurulan və Cənubi Qafqazda ilk dəfə Azərbaycanda istifadə edilən çadır tipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müayinələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu tərəfindən, ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı növbəti epizootoloji monitorinqlər çərçivəsində keçirilir.