CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar şəbəkənin üzvləri tutulublar

Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinə Mahizər adlı qadının paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin qadın - Bakı şəhər sakini Mahizər Məmmədova Nərimanov rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 kiloqram 50 qram heroin və 321,964 qram metamfetamin aşkarlanaraq götürülüb.