CƏMİYYƏT


Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub

Yanvarın 17-də Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-cu ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəni giriş sözü ilə açan nazir V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü hüquq-mühafizə siyasəti, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti nəticəsində ölkənin siyasi və sosial-iqtisadi həyatında baş verən davamlı inkişafın daxili işlər orqanlarının, o cümlədən paytaxt polisinin də fəaliyyətinin daha da təkmilləşdirilməsinə müsbət təsirini vurğulayıb.