CƏMİYYƏT


Kürdəmirdə xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb

Oğurluq hadisəsi rayonun Mollakənd kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri Quliyev Rövşən Siyavuş oğlu və Əkbərova Yaxşı Mərfəddin qızı rayon polis şöbəsinə müraciət edərək onlara məxsus, ümumilikdə, 10 baş qoyunun oğurlandığı barədə məlumat veriblər.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluqları törədənlər onların həmkəndliləri, əvvəllər məhkum olunan Heydərov İlqar Eldar oğlu və Qəmbərli Elmir Ənvər oğludur.