CƏMİYYƏT


MSK Şəkidə seçkilərlə bağlı müraciətlərə baxılması məsələlərinə dair regional seminar keçirib

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə yanvarın 18-də Şəki şəhərində keçirilən regional seminarda seçki hüququnun pozulmasına dair müraciətlərə baxılması məsələləri ətraflı müzakirə olunub.
Seminarda MSK-nın üzvləri Qabil Orucov, İlkin Şahbazov, respublikanın şimal-qərb bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən 3 ekspert olmaqla, ümumilikdə, aşağı seçki komissiyalarının 51 təmsilçisi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır