CƏMİYYƏT


Cəlilabadda 16 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan dəstənin üzvlərinə qarşı əməliyyat tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha üç nəfər saxlanılıb. Əməliyyat zamanı Göytəpə şəhər sakinləri Abdulla Zeynalov, Gündüz Məmmədov və Şakir İsmayılov tutulublar.