CƏMİYYƏT


Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi ilə İranın Sərhəd Qoşunları komandanının görüşü olub

Yanvarın 19-da Azərbaycan Respublikasının Astara şəhərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin işçi görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tərəflər sərhəd mühafizə qurumları rəhbərlərinin bilavasitə dövlət sərhədində ənənəyə çevrilmiş işçi görüşlərinin əhəmiyyətini müsbət qiymətləndiriblər.