CƏMİYYƏT


Üzərində qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Sabunçu rayonu Bakıxanov qəsəbəsində Ramil adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs, paytaxt sakini - əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Həsənov keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində tutularaq Baş İdarəyə gətirilib. Onun üzərində axtarış aparılan zaman “Makarov” markalı silah, ona məxsus daraq və yeddi patron aşkarlanaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır