CƏMİYYƏT


Azərbaycanda əhalinin sayı 10 milyon 60 min 194 nəfərə çatıb

Ötən ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 78 min 737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 60 min 194 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.