CƏMİYYƏT


“Barbos” ləqəbli Xızı sakini saxlanılıb

Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini, əvvəllər 16 il həbs həyatı yaşamış “Barbos” ləqəbli Mahir Kərimov saxlanılıb.