CƏMİYYƏT


Metroda cibgirlik edən şəxs saxlanılıb

Metro stansiyalarında, vaqonlarda və platformalarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirliklə məşğul olan şəxs Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Məmmədov keçirilən əməliyyat zamanı tutulub. Araşdırma zamanı onun cari il yanvarın 19-da günün müxtəlif saatlarında metronun “İnşaatçılar” və “28 May” stansiyalarında iki qadının cibindən mobil telefon oğurladığı məlum olub.