CƏMİYYƏT


Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar başlanan “Könüllü qonaq” təşəbbüsünə Yevlax gəncləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin evlərinə baş çəkən gənclər təmizlik işləri aparıb, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradıblar. Gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də bu təşəbbüsə qoşulmağa çağırıblar.