CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Moskva hökumətinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil olunan “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə növbəti görüş yanvarın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müasir dünyada dinin çox böyük rol oynadığını, onun bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsi olduğunu vurğulayaraq deyib: “Din cəmiyyətlərdə kulturoloji rol oynayır, dini mədəniyyətdən ayırmaq mümkün deyil”.