CƏMİYYƏT


Narkotik qaçaqmalçılarından 5 kq heroin tapılıb

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıblar. Əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşı Dilehban Mohammad Jaberi müvəqqəti yaşadığı Masallı rayonu Şıxlar kəndindəki evdə tutulub. Evə baxış zamanı 2 ədəd polietilen torbada ümumi çəkisi 174,977 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. İran vətəndaşı ifadəsində aşkar edilən narkotik vasitənin bir qisminin ev sahibi Masallı rayon sakinin Rasim Hüseynova məxsus olduğunu bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq ev sahibi Masallı rayon sakini Rasim Hüseynov da tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, D.Jaberi və R.Hüseynova şəxsiyyəti istintaqa məlum olmayan “Müslüm” adlı İran vətəndaşı Azərbaycanda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərib. Əməliyyat tədbirlərinin davamı olaraq D.Jaberinin əldə etdiyi və Ələt-Astara magistralının kənarında gizlətdiyi 3 büküm ümümi çəkisi 5 kiloqram olan heroin və 1 büküm ümumi çəkisi 380 qram olan metamfetamin aşkar olunaraq götürülüb.