CƏMİYYƏT


Müştərilərin 60 min manatını mənimsəyən makler saxlanılıb - Təfərrüatlar

Quba Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə onların pullarını mənimsəyən rayonun Zizik kənd sakini 48 yaşlı Məmməd Mustafayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək, onun 30 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.