CƏMİYYƏT


Məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq çərçivəsində aşağı seçki komissiyaları üçün yanvarın 27-dən başlanan maarifləndirici treninq 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində də yüksək səviyyədə aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, DSK-nın inzibati binasının iclas zalında təşkil olunan treninqlər günün birinci və ikinci yarısında keçirilməklə hər gün 12 məntəqəni əhatə edir. Lazımi əyani vasitələrlə təchiz edilən zalda treninqlər DSK-nın sədri, katibi və baş məsləhətçisi tərəfindən keçirilir.