CƏMİYYƏT


Şimal regionunda icbari tibbi sığorta xidməti uğurla davam edir

Bu il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiq olunduğu şimal regionunda xidmət uğurla həyata keçirilir. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Şükür Eyvazov deyib. Onun sözlərinə görə, ilk üç ay 23 ərazi vahidində tətbiqinə başlanılan tibbi sığorta 2 milyon 200 mindən çox əhali üçün pulsuz olacaq. Ödənişlər aprelin 1-dən işləyən əhalidən tutulmağa başlayacaq. 2020-ci ilin sonuna qədər icbari tibbi sığorta bütün ölkəni əhatə edəcək.