CƏMİYYƏT


Azərbaycan və Türkiyə vətəndaşlarını Çindən təxliyyə edən təyyarə Ankaraya enib

Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə koronavirusun geniş yayıldığı Çin Xalq Respublikasının Uxan şəhərindən təxliyə ediliblər.
AZƏRTAC xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin təcilli tibbi yardım avadanlıqları ilə aviasiya ambulansı şəkilinə gətirilən hərbi yük təyyarəsi fevralın 1-də yerli vaxtla təxminən saat 21.00-da Ankaranın Etimesgud Hava Limanına enib.
Məlumata görə, 6 azərbaycanlı, 32 türk, 3 gürcüstan və bir Albaniya vətəndaşı təxliyə olunub.