CƏMİYYƏT


Səbail rayonunda silsilə soyğunçuluq edən şəxs tutulub

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə zamanı naməlum şəxs Bayıl qəsəbəsi ərazisində paytaxt sakini olan bir xanımın çantasını soyğunçuluq yolu ilə ələ keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Bəhruz Muradov Səbail Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi heroin və marixuana da aşkarlanıb.

Hadisə zamanı B.Muradov zərərçəkən qadının bankomatdan pul çıxardığını gördüyü üçün onu izləyib və içərisində 300 manatdan çox pul olan çantanı ələ keçirib.