CƏMİYYƏT
Beyin əməliyyatı zamanı xəstə skripka çaldı
19.02.2020 [14:39]
İngiltərənin Kings College Hospitalında maraqlı beyin əməliyyatı aparılıb. Həkimlər professional bir skripka virtuozu olan 53 yaşlı Dagmar Turnerin beynində aşkarlanan bədxassəli şişin əməliyyatı zamanı ona skripka çaldırıblar. AZƏRTAC HABERTURK-ə istinadən bildirir ki, əməliyyat zamanı həkimlər onu yerli anesteziya ilə oyaq saxlayıblar. O, skripka çaldıqca həkimlər Turnerin beyninin hansı hissəsinin daha çox yükləndiyini müəyyənləşdirərək bu bölgələrə toxunmamağa çalışaraq beyindəki şişləri təmizləyiblər. Həkimlər əməliyyatın uğurla keçdiyini bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
05.06.2023 [22:53]
05.06.2023 [22:45]