CƏMİYYƏT


Avtomobil Yolları Dövlət Agentliyində qanvermə aksiyası keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qanvermə aksiyası Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədilə keçirilib. Artıq 5-ci dəfə keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyəti, agentliyin aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatların əməkdaşları könüllü iştirak edərək qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.