CƏMİYYƏT


Avtobuslarda cibgirlik edən şəxs saxlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları sərnişin avtobuslarında çoxsaylı cibgirliklər edən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81, 12, 46 və digər marşrutlar üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub. F.Kərimov ifadəsində 2019-cu ildən başlayaraq saxlanıldığı günə qədər avtobuslarda ümumilikdə qırxa yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.