CƏMİYYƏT


Kubik-rubik üzrə çempion olmaq istəyən qubalı məktəbli

Quba şəhər Zaur Cəfərov adına 3 saylı tam orta məktəbin yeddinci sinfində oxuyan Yusif Əliyev artıq iki ilə yaxındır kubik-rubik yığılmasına həvəs göstərir.
Yusifdə bu hobbisinə maraq internetdə rekordlarla bağlı videoları izlədikdən sonra yaranıb və atasından müxtəlif formalı kubik-rubiklər almasını xahiş edib. Hazırda ona istənilən kubik-rubikin yığılması üçün saniyələr bəs edir. İlk dəfə 1 dəqiqə 30 saniyəyə yığdığı kubik-rubikə indi cəmi 15 saniyə vaxt sərf edir. Yusif Əliyev bu istedadını daha da inkişaf etdirib 5-6 saniyəlik nəticələr əldə etmək əzmindədir.