CƏMİYYƏT


FHN, DİN və Səhiyyə Nazirliyinin qurumları birgə təlim keçirib

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar fevralın 20-də Bakı-Astara magistral avtomobil yolunun 140-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının ərazisində (Masallı rayonunda) təlim təşkil olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, təlimə FHN-in, Daxili İşlər Nazirliyinin və Səhiyyə Nazirliyinin müvafiq texnika və avtomobilləri, 60 nümayəndəsi cəlb edilib.