CƏMİYYƏT


Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ucar rayonunda ötən gecə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb. Belə ki, "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən piyadanı - Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Novruzəliyevi vurub.