CƏMİYYƏT


Şabranda yük maşını aşıb, xəsarət alan var

Hadisə Bakı-Quba yolunun rayonun Uzunboyad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1953-cü il təvəllüdlü Novruzov Fərman Məhəmmədəli oğlunun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra o paytaxtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.