CƏMİYYƏT


Qubada oğurluq etmək istəyən iki yeniyetmə saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba rayon sakini İskəndər Hacıyev (RPŞ) fevralın 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, naməlum şəxslərin Qələdüz kəndində yerləşən bağ evinə oğurluq məqsədi ilə daxil olduqları barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar. Araşdırmalar nəticəsində evə gizlin daxil olan şəxslər tərəfindən heç bir əşya və ya pul oğurlanmadığı aydınlaşıb.