CƏMİYYƏT


Baku Media Center: Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə cəmiyyətdə qadın hüquqlarının qorunması məqsədi ilə qadın zorakılığından bəhs edən sosial çarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarx “Baku Media Center” və “Var.Yox” tərəfindən təqdim edilib.
“Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, - deyə layihənin tanıtımında qeyd olunub.