CƏMİYYƏT


Sabah bu küçələr bağlı olacaq

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Yusif Səfərov küçəsinin kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Hərəkət Neftçilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə Nobel prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib. Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək.