CƏMİYYƏT


Marketlərdə vəziyyət necədir - REPORTAJ

Sosial şəbəkələrdə marketlərin bağlanacağı və ərzaq qıtlığının yaşanacağı barədə məlumatları Nazirlər Kabineti yanında operativ qərargah təkzib edib. AZƏRTAC-ın şəhərdəki iri marketlərdə apardığı müşahidələrə görə, kifayət qədər ərzaq var və alıcıların bunları almağına məhdudiyyət qoyulmur. “Araz” Supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirovanın sözlərinə görə, alıcıların çox olması Novruz bayramı ilə əlaqəlidir.