CƏMİYYƏT


Bir tumurcuqdan 100 yeni bitki necə əldə edilir? - Qubadakı biotexnologiya laboratoriyasından REPORTAJ

Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Amma yaxın gələcəkdə xaricdən ting idxalının qarşısı böyük ölçüdə alınacaq. Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında əldə olunan uğurlar bunu deməyə əsas verir.