CƏMİYYƏT


Qusarda hər gün 25-30 min litr tibbi spirt istehsal olunur

Koronavirus infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb. Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi spirt qıtlığı yaşanır. Bu tələbatı qarşılamaq məqsədilə İqtisadiyyat Nazirliyinin tövsiyəsinə əsasən Qusarda yerləşən “Rus-Azeri Spirts” zavodunda tibbi spirt istehsalına başlanıb.