CƏMİYYƏT


Ötən il Azərbaycanda 345 oğlan və 315 qız övladlığa götürülüb

Ötən il ölkəmizdə 660 uşaq övladlığa götürülüb. Onlardan 345-i oğlan, 315-i qız olub.
Ədliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb. Əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalıb. Ölkəmizin məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq 82-yə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır