CƏMİYYƏT


Prezident İlham Əliyevin əfv Sərəncamının icrasına başlanılıb

Aprelin 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.