CƏMİYYƏT


Kürdəmirdə oğurluq hadisəsi baş verib

Kürdəmirdə oğurluq hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon sakinləri Xatirə Mahmudova, Zahid Cəlilov, Sevda Əliyeva, Aqil Musayev və Seymur Bağırov müxtəlif vaxtlarda rayon polis şöbəsinə müraciət edərək, onlara məxsus fərdi yaşayış evlərindən və iaşə obyektlərindən qızıl ziynət əşyalarının, təsərrüfat təyinatlı malların, məişət avadanlıqlarının, eləcə də avtomobilin ehtiyat hissələrinin oğurlandığı barədə məlumat veriblər.