CƏMİYYƏT


Siyəzəndə “Baba” ləqəbi ilə tanınan narkotacir saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda “Baba” ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş Musa Paşayev idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində keçirilən axtarış zamanı satış üçün hazırlanan 15 bükümdə olan narkotik maddələr - heroin, metamfetamin və qurudulmuş marixuana, həmçinin 2 ədəd bıçaq və nəqliyyat vasitəsindəki bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.