CƏMİYYƏT


Ölkənin bank sektoruna qarşı kiber cinayətlər törədən Bolqarıstan vətəndaşları saxlanılıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları beynəlxalq kibercinayətkar şəbəkənin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ölkənin bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları saxlanılıb.
Müasir dövrümüzdə yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənməsindən çox təəssüf ki, müxtəlif transmilli cinayətkar şəbəkələrin üzvləri də öz çirkin niyyətləri üçün istifadə etməyə çalışırlar. Bu cəhdlərin Azərbaycan Respublikasının ərazisində qarşısının alınması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən də daim qabaqlayıcı tədbirlər görülür.
Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu belə əməliyyat-texniki tədbir zamanı ölkə ərazisində bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları Stoychev Marian Nikolov və Mladenov Vladislav Tsvetanov Bakı şəhəri ərazisində saxlanılıblar.