CƏMİYYƏT


Qusarda qumar oynayan 7 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub. Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.